İtkin düşən Cəlilabad rayon Ləzran kənd sakini, 1995-ci il təvəllüdlü Kərimova Şəfəq Əliağa qızı tapılıb.
Məlumata görə, polis əməkdaşları tərəfindən keçirilən tədbirlər nəticəsində həmin qadın üç övladı ilə birlikdə Bakı şəhərində tapılaraq ailəsinə təhvil verilib.
Qeyd edək ki, Ş.Kərimova martın 23-ü axşam saatlarında 3 azyaşlı övladı ilə birlikdə yaşadığı evdən çıxaraq bir daha geri qayıtmamışdı.