Türkiyə polisi İstanbulda İŞİD-ə qarşı əməliyyat keçirib - 147 NƏFƏR SAXLANILIB
YENİLƏNİB

Türkiyənin 30 vilayətində İŞİD terror təşkilatına qarşı eyni zamanda genişmiqyaslı əməliyyat keçirilib.


Bu barədə Türkiyənin daxili işlər naziri Ali Yerlikaya bildirib.


Məlumata əsasən, “BOZDOĞAN-17” kod adı altında keçirilən əməliyyat zamanı İŞİD-lə əlaqəsi olmaqda şübhəli bilinən 147 nəfər saxlanılıb.


Nazir deyib ki, ötən il iyunun 1-dən indiyədək Türkiyədə İŞİD terror təşkilatına qarşı 1 329 əməliyyat keçirilib. Bu əməliyyatlarda terror təşkilatı ilə əlaqəsi olmaqda şübhəli bilinən 2 919 nəfər saxlanılıb. Bu şəxslərdən 692-i həbs edilib, 531 nəfər məhkəmə nəzarətinə alınıb. Onlardan 187-i barəsində məhkəmə prosesi davam edir.

**11:34

İstanbulda İŞİD terror təşkilatına qarşı keçirilən əməliyyatda 17 şübhəli saxlanılıb.


Türkiyə KİV xəbər verir ki, İstanbulda Respublika Prokurorluğunun Terror və Mütəşəkkil Cinayətlər üzrə İstintaq Bürosu tərəfindən aparılan araşdırmada 27 nəfərin İŞİD-ə bağlı fəaliyyət göstərdiyi müəyyən edilib.


Bundan sonra İstanbul polisi əməliyyat keçirərək 17 şübhəlini saxlayıb.


Digər şübhəlilərin tutulması üçün axtarışlar davam edir.






Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.