DİN əməliyyat keçirib - 6 MİLYON MANATLIQ NARKOTİK DÖVRİYYƏDƏN ÇIXARILIB

Daxili İşlər Nazirliyinin (DİN) Baş Narkotiklərlə Mübarizə İdarəsi əməliyyat keçirib, 6 milyon manatlıq narkotik dövriyyədən çıxarılıb.


Bu barədə Senzor.az-a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətindən məlumat verilib.


Bildirilib ki, “NARKOTƏLƏ” şərti adı altında martın əvvəlindən bu günə kimi narkotiklərin qanunsuz dövriyyəsinə qarşı paytaxt və bölgələrdə 30-a yaxın əməliyyat keçirilib.


Əməliyyat zamanı 28 nəfər və 2 mütəşəkkil dəstənin üzvü saxlanılıb. Onlardan 13-ü ölkə ərazisində narkotiklərin tədarükü ilə məşğul olan əsas şəxslər olub. Əməliyyatlarla “qara bazar”-da dəyəri 6 milyon manat olan 157 kiloqram, o cümlədən 91 kiloqram tərkibi psixotrop maddələrlə zənginləşdirilmiş marixuana, 42 kiloqram heroin, 17 kiloqram metamfetamin, 7 kiloqram tiryək, həmçinin digər növdən olan narkotik vasitə, 12 min 211 ədəd psixotrop tərkibli metadon, tramadol, lirika həbi, 1 ədəd “Makarov” tapançası, 13 ədəd patron və 2 ədəd patron sandıqçası ələ keçirilib. Saxlanılan şəxslərin qeyri-qanuni yollarla İrandan ölkəmizə gətirdikləri narkotikləri ölkə ərazisində satmaq üçün əldə etdikləri müəyyən olunub.


Faktlarla bağlı cinayət işləri başlanılıb, saxlanılan şəxslər barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib. Narkotiklərin qanunsuz dövriyyəsinə qarşı mübarizə davam etdirilir.






Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.