Biləsuvarda qadının qətli ilə bağlı bəzi təfərrüatlar məlum olub - YENİLƏNİB

Biləsuvar rayonunda baş verən qətl hadisəsinin bəzi təfərrüatları məlum olub.


"Report"un məlumatına görə, iki azyaşlı övladı olan ailə kənddə tikdirdikləri yeni evə köçməyə hazırlaşırmış.


Bu məqsədlə Sevil Əlili Bakıda işləyən həyat yoldaşına zəng edərək onu kəndə çağırıb. Yeni tikilidə baş verən mübahisə zamanı A.Məmiyev həyat yoldaşının üzünə bıçaq zərbəsi endirib, sonra onu təzə evin tavanında asıb.


Qeyd edək ki, bu gün saat 15:00 radələrində Biləsuvar rayonu Xırmandalı kəndi ərazisində 1999-cu il təvəllüdlü Sevil Əlilinin öldürülməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.


Araşdırma zamanı 1997-ci il təvəllüdlü Anar Məmiyevin rayonun Xırmandalı kəndi ərazisində yerləşən fərdi yaşayış evində deşici kəsici alətlə xəsarətlər yetirərək arvadı Sevil Əlilini qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib. Hadisədən sonra Anar Məmiyev könüllü olaraq təslim olub və rayon prokurorluğunun qərarı əsasında şübhəli şəxs qismində tutulub.


Hazırda faktla bağlı Biləsuvar rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci maddəsilə cinayət işi başlanaraq ibtidai istintaq araşdırmaları davam etdirilir.

**17:27

Biləsuvarda qadının qətlə yetirilməsi faktına görə cinayət işi başlanıb.


Senzor.az xəbər verir ki, bu barədə Biləsuvar Rayon Prokurorluğu məlumat yayıb.


Bildirilib ki, sözügedən rayonda 1999-cu il təvəllüdlü Sevil Əlilinin öldürülməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.


Araşdırma zamanı 1997-ci il təvəllüdlü Anar Məmiyevin rayonun Xırmandalı kəndi ərazisində yerləşən fərdi yaşayış evində deşici kəsici alətlə xəsarətlər yetirərək arvadı Sevil Əlilini qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.


Hadisədən sonra Anar Məmiyev könüllü olaraq təslim olub və rayon prokurorluğunun qərarı əsasında şübhəli şəxs qismində tutulub.


Faktla bağlı Biləsuvar rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanaraq ibtidai istintaq aparılır.






Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.