Lerikdə zəhərlənmə ilə bağlı Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) açıqlama verib.
TƏBİB-dən Senzor.az-a verilən məlumata görə, 27.03.2024-cü il tarixdə saat 06:00-da zəhərlənmə şübhəsi ilə bağlı 11 nəfər Lənkəran Rayon Mərkəzi Xəstəxanasının Təcili yardım şöbəsinə gətirilib.
Həmin şəxslərə zəruri ilkin tibbi xidmətlər göstərilib, analiz nümunələri götürülüb. Onlar vəziyyətlərinə uyğun olaraq ambulator müalicə üçün evə buraxılıblar.
**12:54
Lerikə istirahətə gedən Bakı şəhər sakinləri qidadan zəhərləniblər.
Yerli KİV xəbər verir ki, Lerikdə istirahət mərkəzlərində olan Bakı şəhər sakinləri - 6-sı azyaşlı olmaqla, ümumilikdə 11 nəfər Lənkəran rayon mərkəzi xəstəxanasının acil şöbəsinə çatdırılıb.
Xəstəxanadan verilən məlumata görə, Bakı şəhər sakinləri olan 3 ailənin üzvləri - 1992-ci il təvəllüdlü Nihat Elman oğlu Xəlilzadə, 1991-ci il təvəllüdlü Firuzə Polad qızı Xəlilzadə, 2018-ci il təvəllüdlü Elman Nihat oğlu Xəlilzadə, 2014-cü il təvəllüdlü Mədinə Nihat qızı Xəlilzadə, 1993-cü il təvəllüdlü Arzu Ələskər qızı Hənifəyeva, 1990-cı il təvəllüdlü Səbinə Canbulaq qızı Hənifəyeva, 2020-ci il təvəllüdlü Milay Cavid qızı Hənifəyeva, 2016-cı il təvəllüdlü Elnur Cavid oğlu Hənifəyev, 1987-ci il təvəllüdlü Cavid Canbulaq oğlu Hənifəyev, 2012-ci il təvəllüdlü Könül Elçin qızı Cənnətalıyeva, 2018-ci il təvəllüdlü Yusif Elçin oğlu Cənnətalıyevə ilkin tibbi yardım göstərilib.
İlkin ehtimala görə, onlar özləri ilə gətirdiyi ərzaqdan zəhərləniblər.