"Bakı Metropolteni" QSC-nin "Nəsimi" stansiyasının vestibülündə yerləşən xidməti otaqlardan birinin dəhlizində əməkdaşın ehtiyatsızlığı səbəbilə qida yağı elektrik sobasının üzərinə dağılıb və alışma baş verib.
Senzor.az səhmdar cəmiyyətinə istinadən xəbər verir ki, alışmanın qarşısı dərhal alınıb.
Hadisə nəticəsində sərnişinlərin təhlükəsizliyinə xələl gəlməyib.