Gəncədə yaşayış binasında yanğın söndürülüb, xəsarət alan var
YENİLƏNİB, VİDEO

Gəncədə yaşayış binasında yanğın söndürülüb.

 

"Report"un unun məlumatına görə, Heydər Əliyev prospekti bina 3 ünvanında yerləşən, 3 mərtəbəli binanın dam örtüyündə baş vermiş yanğın Fövqəladə Hallar Nazirliyinin Gəncə şəhər Yanğından Mühafizə İdarəsinin yanğınsöndürənləri tərəfindən söndürülüb.

 

Binanın dam örtüyünün 300 kvadratmetr sahəsi yanıb, 50 nəfər bina sakini təxliyə olunub.

 

Hadisə zamanı həyəcanlanan və özlərini pis hiss edən bir neçə sakinə tibbi yardım göstərilib. Yanğın zamanı 1971-ci il təvəllüdlü A.Tanrıverdiyev isə əlindən yüngül xəsarət alıb.

 

Hadisənin başvermə səbəbi araşdırılır.

 

**23:34 (28.03.2024)


Gəncə şəhərində yaşayış binasında yanğın baş verib.

 

Senzor.az bildirir ki, hadisə şəhərin Heydər Əliyev prospektində, üçmərtəbəli yaşayış binasında qeydə alınıb.

 

İlkin məlumata görə, alov əvvəlcə binanın dam örtüyündə müşahidə olubub.

 

Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə İdarəsinin 6 yanğınsöndürən avtomobili və canlı qüvvəsi cəlb olunub.

 

Yanğının söndürülməsi istiqamətində işlər davam edir.







Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.