Bakıdakı dəhşətli qəzada ölənlərin adları bilindi – YENİLƏNİB, VİDEO

Gecə saatlarında Yasamal rayonu ərazisində baş vermiş qəzada ölənlərin kimliyi müəyyənləşib.

 

“Qafqazinfo”nun məlumatına görə, saat 22:30 radələrində Asim Asiman oğlu Əliyevin idarə etdiyi “Chevrolet” markalı avtomobil dairəvi yolda idarəetməni itirib.

 

Avtomobil beton yolayırıcının üstündəki işıq dirəyinə dəyib əks istiqamətli hərəkət hissəsinə çıxaraq öz yolu ilə hərəkətdə olan İrana məxsus TIR-a çırpılıb. 

 

Nəticədə “Chevrolet”in sürücüsü Asim Asiman oğlu Əliyev və həmin avtomobildə olan sərnişin Ruslan Maşallah oğlu Mikayılov aldıqları xəsarətlərdən hadisə yerində ölüblər.

 

Faktla bağlı Yasamal Rayon Polis İdarəsində cinayət işi başlanaraq ibtidai istintaq aparılır.

 

**09:28


Gecə saatlarında Bakıda dəhşətli yol-nəqliyyat hadisəsi baş verib. 

 

Qəza Yasamal rayonunda qeydə alınıb. 

 

Hadisə zamanı “Chevrolet” markalı avtomobilin sürücüsü idarəetməni itirib, nəticədə maşın qarşı yolda hərəkət edən yük avtomobilinə çırpılıb.

 

Qəza nəticəsində minik avtomobilində olan iki nəfər ölüb, daha iki nəfər isə xəsarət alıb. 

 

Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin xilasediciləri, DYP əməkdaşları cəlb olunublar. 

 

Oxu.az-a istinadən qəza yerindən görüntüləri təqdim edirik:







Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.