Sumqayıt şəhərinin Hacı Zeynalabdin Tağıyev qəsəbəsi ərazisində, dəniz sahilində uşaq meyitinin aşkar edilməsi faktı ilə bağlı şəhər prokurorluğunda araşdırma aparılır.
Bu barədə Senzor.az-a Baş Prokurorluqdan bildirib.
**
Sumqayıtda dəniz sahilində uşaq meyiti tapılıb.
APA xəbər verir ki, meyit Zeynalabdin Tağıyev adına qəsəbədə dəniz sahilində aşkarlanıb.
Meyitin 6 aylıq uşağa aid olduğu bildirilir, lakin meyitin əraziyə hansı şəraitdə və kim tərəfindən atıldığı məlum deyil.
Fakt araşdırılır.