Moskvada yerləşən "Kursk" vağzalına bomba qoyulması barədə anonim zəng daxil olub.
Rusiya mətbuatının xəbərinə görə, bundan sonra vağzaldakı insanlar binadan təxliyə edilib.
Əraziyə minaaxtaran və xilasedicilərin cəlb olunduğu bildirilib.
Moskva Polisindən qeyd olunub ki, axtarış-xilasetmə tədbirlərinin nəticəsi barədə ictimaiyyətə əlavə məlumat veriləcək.