Türkiyədə müxalif Cümhuriyyət Xalq Partiyasının (CHP) şöbələrindən birinin müdir müavini Mehmet Palas coşqulu qələbə şənliyi zamanı eyvanın uçması nəticəsində həlak olub.
Senzor.az bildirir ki, 60 yaşlı Palas kəllə-beyin travması alıb və ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib. Amma həkimlərin bütün səylərinə baxmayaraq, o, bazar ertəsi səhər dünyasını dəyişib.
Xəstəxanaya yerləşdirilən daha 8 nəfərdən üçünün vəziyyəti ağırdır.
Qeyd edək ki, Türkiyədə 31 mart 2024-cü ildə bələdiyyə seçkiləri keçirilib. Səslərin 99,45 faizi sayılandan sonra CHP 37,72% səslə liderdir. CHP-nin əzəli rəqibi, ötən il prezident və parlament seçkilərində qalib gələn hazırkı iqtidar AKP isə 35,52% səslə ikinci ən çox səs toplayan partiya olub.
Senzor.az