Astarada dəhşətli qəza: bir ailənin üç üzvü yanaraq öldü
FOTO

Aprelin 1-də Astarada baş verən qəzada bir ailənin 3 üzvü avtomobildə yanaraq ölüb.

 

“Qafqazinfo”nun məlumatına görə, dəhşətli qəza axşam saatlarında Ələt-Astara-İran sərhəd avtomobil yolunun 201-ci kilometrliyində,  Astaranın Ərçivan kəndindən keçən hissəsində qeydə alınıb.

 

Belə ki, Astara rayonunun Şiyəkəran kənd sakini, 31 yaşlı Mirzəmməd Elman oğlu Əliyevin idarə etdiyi BMW markalı, 99-SZ-632 dövlət qeydiyyat nömrə nişanlı avtomobil hərəkətdə olarkən idarəetməni itirərək yol kənarında dayanan Rusiya vətəndaşı, 56 yaşlı Maqammədəmin Abdullaşa məxsus iri tonnajlı yük avtomobilinin altına girib.

 

Zərbənin təsirindən avtomobil alışaraq yanıb.

 

Qəza nəticəsində sürücü və onun həyat yoldaşı 22 yaşlı Fərqanə İlham qızı Əliyeva, eləcə də onların 3 yaşlı uşaqları Gülxanım Mirzəmməd qızı Əliyeva avtomobildə yanaraq ölüblər.

 

Dərhal hadisə yerinə FHN-in Astara rayon yanğından mühafizə xidmətinin 2 yanğınsöndürən avtomobili və canlı qüvvəsi, Cənub regional mərkəzinin xilasetmə qrupunun iki briqadası cəlb olunub.

 

Meyitlər nəqliyyat vasitəsindən çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.







Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.