Sumqayıt şəhərində 5 yaşlı uşaq yaşayış binasının 7-ci mərtəbəsindən yıxılıb.
Senzor.az xəbər verir ki, hadisə 9-cu mikrorayon ərazisində baş verib.
2019-cu il təvəllüdlü Eduard Mayis oğlu Mürsəlov yaşadığı evin eyvanından yıxılaraq ölüb.
Uşaq xəstəxanaya çatdırılsa da, həyatını xilas etmək mümkün olmayıb.
Faktla bağlı araşdırma aparılır.