Rusiyanın Orenburq vilayətində evləri su basıb
ölənlər var

Rusiyanın Orenburqun vilayətinin Orsk şəhərində su bəndinin uçması və daşqın nəticəsində azı 2 nəfər ölüb.


Rusiya KİV xəbər verir ki, onlardan biri Orsk şəhərində su daşqını zamanı hündürlükdən yıxılıb, daha bir nəfərin cəsədi isə evindən tapılıb. Hadisə zamanı 3-cü şəxsin ölümü barədə xəbər araşdırılır.


Xatırladaq ki, Orsk şəhərində təbii fəlakət nəticəsində 2556 ev, eləcə də 6886 torpaq sahəsi su altında qalıb.

**

Rusiyanın Orenburq vilayətinin Orsk şəhərinin yaxınlığındakı Ural çayında su bəndinin dağılması nəticəsində subasmaya məruz qalmış ərazilərdən 3 mindən çox insan təxliyə edilib.


Yerli KİV xəbər verir ki, Orenburq vilayəti hökumətinin mətbuat xidmətinin məlumatına görə, 2400-dən çox yaşayış binası və 3065-dən artıq həyətyanı sahə su altında qalıb, həmçinin azı 11 min ailə təsərrüfatı təhlükə altındadır. Fəlakət zonasında 11 müvəqqəti yaşayış məntəqəsi yaradılıb. Hadisə yerində xilasedicilər işləyirlər.


Çelyabinsk vilayətində də evləri və torpaq sahələrini su basması səbəbindən fövqəladə vəziyyət yaranıb. Ümumilikdə, daşqın başlayandan xilasedicilər bölgədə 234 nəfəri təxliyə ediblər.






Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.