Ötən gün vəfat edən tanınmış jurnalist Araz Zeynalov dəfn olunub.
Senzor.az bildirir ki, əvvəlcə Araz Zeynalovla yaşadığı Yasamal rayonu, Hüseyn Cavid 46 ünvanında vida mərasimi keçirilib.
Mərasimdən sonra mərhum Yasamal qəbiristanlığında torpağa tapşırılıb.
Vida və dəfn mərasimlərində jurnalistin ailə üzvləri, yaxınları və ictimaiyyət nümayəndələri iştirak ediblər.
Qeyd edək ki, Araz Hidayət oğlu Zeynalov 1961-ci il iyulun 7-də Bakı şəhərində jurnalist ailəsində anadan olub. 1983-cü ildə Azərbaycan Dövlət Universitetinin (indiki Bakı Dövlət Universiteti) jurnalistika fakültəsini bitirib.
O, “Azərbaycan gəncləri”, “Panorama”, “Kaspiy” qəzetlərində, həmçinin “Vesti.az” saytında çalışıb.
Allah rəhmət eləsin!
Senzor.az