Türkiyədə Özgür Özəlin deputat toxunulmazlığının ləğvi tələb olunur
VİDEO

İstanbul Respublika Baş Prokurorluğu Mustafa Sarıgüllə bağlı cinayətkar qruplaşmaya dair apardığı istintaq çərçivəsində adları hallanan Özgür Özəl, Vəli Ağbaba, Umut Akdoğan, Burhanettin Bulut və Gökan Zeybekin deputat toxunulmazlığının ləğv edilməsi tələbi ilə Ankara Respublika Baş Prokurorluğuna müraciət ünvanlayıb.

 

Senzor.az-ın yerli KİV-ə istinadən məlumatına görə, müraciətdə istintaq çərçivəsində yuxarıda adları çəkilən şəxslər barəsində deputat toxunulmazlığının ləğvinə dair təqdimat hazırlanmasına əsas ola biləcək iddiaların müəyyən edildiyi bildirilib.

 

Qeyd edək ki, İstanbul Respublika Baş Prokurorluğunun başlatdığı istintaq ölkə daxilində və xaricdə yaradılmış şirkətlər vasitəsilə mənbəyi məlum olmayan külli miqdarda vəsaitin yuyulması, həmin vəsaitin investisiya müqavilələrinə uyğun istifadə edilməməsi və cinayət yolu ilə əldə edilmiş gəlirlərə qanuni don geyindirilməsi iddiaları ilə bağlıdır.

 

Bundan əvvəl istintaq çərçivəsində Mustafa Sarıgülün deputat toxunulmazlığının ləğv edilməsi ilə bağlı tələb Ədliyyə Nazirliyinə təqdim olunub.



Digər xəbərlər.

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.