
Türkiyə Respublikasının qurucusu Mustafa Kamal Atatürkün büstü oğurlanıb.
Senzor.az yerli KİV-ə istinadən bildirir ki, hadisə Türkiyənin Zonquldak vilayətinin Karadeniz Ereğli rayonunda, Süleymanbeyler kəndindəki Süleyman Demirəl adına orta məktəbdə baş verib.
Məktəb rəhbərliyinin şikayətindən sonra jandarm əməkdaşları hadisə ilə bağlı araşdırmaya başlayıblar. Təhlükəsizlik kameralarının görüntülərini araşdıran Jandarm Cinayət Axtarış Qrupunun (JASAT) əməkdaşları 10 günlük araşdırma nəticəsində şübhəlilərin kimliyini müəyyən ediblər.
Məlum olub ki, Kozlu rayonundan gələn G.B. və Y.B. Atatürkün yuxarıda adı çəkilən məktəbin həyətindəki büstünü sökərək aparıblar. Onlar əvvəlcə büstün latundan (mis və sink ərintisindən) hazırlandığını düşünərək onu satmaq istəyiblər. Lakin metal tullantılarının qəbulu ilə məşğul olan şəxs büstü almaqdan imtina edib. Bundan sonra oğrular onu meşəlik əraziyə atıblar.
G.B. və Y.B. saxlanılaraq məhkəmə qarşısına çıxarılıblar. Məhkəmənin qərarı ilə hər iki şəxs barəsində həbs qətimkan tədbiri seçilib.