Gürcülər yenidən mitinqdə: AVROPAYA İNTEQRASİYA İSTƏYİRLƏR
VİDEO

Tbilisidə Gürcüstanın Avropaya inteqrasiyasının dayandırılmasının ikinci ildönümü ilə əlaqədar aksiya keçirilib.

 

Senzor.az yerli KİV-ə istinadən bildirir ki, paytaxtda fəallar və müxalifət tərəfdarları iki ayrı yürüş kolonu ilə Azadlıq meydanına doğru hərəkət ediblər. 

 

İki il əvvəl “Gürcü Arzusu” hökuməti Avropa İttifaqına üzvlüklə bağlı danışıqların başlanmasını 2028-ci ilin sonunadək təxirə salıb. Həmin vaxtdan bəri həbslərə və qanunların sərtləşdirilməsinə baxmayaraq, ölkədə küçə aksiyaları, demək olar, hər gün davam edir.

 

Etirazçılar yeni parlament seçkilərinin keçirilməsini, siyasi məhbusların azad edilməsini, məhdudlaşdırıcı qanunların ləğvini və ölkənin Avro-Atlantik kursuna qayıtmasını tələb edirlər.

 

Bu aksiya isə Avropa Parlamentinin Gürcüstan müxalifətinə qarşı təqibləri pisləyən qətnamə qəbul etməsindən iki gün sonra keçirilib. Qətnamənin lehinə 441 deputat səs verib.



Digər xəbərlər.

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.