“Sputnik-Azərbaycan”ın 4 redaktoru istefa verdi
SƏBƏB?

“Sputnik-Azərbaycan”ın rusdili versiyasının redaktorları dünən tam tərkibdə istefa veriblər.

 

Senzor.az bildirir ki, bu barədə “Sputnik-Azərbaycan”ın redaktorları sosial şəbəkədə məlumat yayıblar.

 

Zülfiyə Qurbanova, Cəmilə Əfəndiyeva, Yelena Starostina və Gülzar Mustafayeva “feysbuk” paylaşımlarında Azərbaycan vətəndaşları olaraq "Sputnik"də Azərbaycanın maraqlarını bacardıqca qoruduqlarını, buna gücləri çatmadıqda isə istefa vermək məcburiyyətində qaldıqlarını yazıblar.

 

Belə ki, redaktorlardan Müdafiə Nazirliyinin “Qisas” əməliyyatı ilə bağlı Azərbaycanın rəsmi mövqeyini təkzib edən Rusiya Müdafiə Nazirliyinin bəyanatını vermək tələb edilib. Adıçəkilən redaktorlar isə bundan imtina edərək istefa ərizələrini yazaraq rəhbərliyə təqdim ediblər. 

 

“Beləliklə, nəzərinizə çatdırıram ki, bu gündən “Sputnik Azərbaycan” ilə yollarım ayrılıb. Mən və bəzi həmkarlarım Azərbaycanın mövqeyini müdafiə edərək mümkün olan və olmayan hər şeyi etdik. Mən bir Azərbaycan Respublikasının vətəndaşı kimi buradakı işimdən utanmıram, vicdanım hər şeydə təmizdir. Bizi əymək istəyəndə biz də buna son qoyub getdik. Gözəl ov idi”, - “Sputnik Azərbaycan”ın redaktoru Gülzar Mustafayeva qeyd edib.

 

“Bu qədər! Bu gündən mənim “Sputnik Azərbaycan”la heç bir əlaqəm yoxdur. Orada qalanlara (hamısına deyil) uğurlar!”, - deyə nəşrin digər redaktoru Zülfiyyə Qurbanova yazıb.






Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.