Mətbuat Şurasında qurultay hazırlıqları: Yeni sədr seçiləcək? - ƏFLATUN AMAŞOV AÇIQLAMA YAYDI
YENİLƏNİB


Mətbuat Şurasının (MŞ) sədri Əflatun Amaşov rəhbəri olduğu qurum və özü ilə bağlı yayılan söhbətlərə aydınlıq gətirib. 

 

Senzor.az bildirir ki, MŞ rəhbəri Facebook hesabında  yazıb: “Kimlərsə orda-burda deyib ki, mən Mətbuat Şurası sədrliyindən istefa ərizəsi yazmışam. Bunu mənim fikrimi öyrənmədən yazanlar da tapılıb. Bəri başdan bildirim ki, yazılanlar və deyilənlər şayiədir. İstefa verməmişəm, istefa vermək fikrim də yoxdur. Hazırda işimin başındayam. 

Bəli, Azərbaycan Mətbuat Şurasının Nizamnaməsinə əsasən 4 ildən bir Azərbaycan jurnalistlərinin qurultayı keçirilməlidir. Axırıncı ali məclis 2018-ci ildə baş tutub. Deməli, 2022-ci ildə də təşkil olunmalıdır. Bununla bağlı qərarı, yəni qurultayın keçirilməsi üzrə Nizamnamə prosedurunun reallaşdırılması qərarını Şuranın İdarə Heyəti verməlidir. Qurultayda Şuranın İdarə Heyəti üzvlüyünə və sədrliyə yenidən namizədliyimi irəli sürüb-sürməmək qərarını isə mən verməliyəm. Tövsiyə edirəm ki, kimsə buna görə narahatlıq keçirib hadisələri qabaqlamaq niyyətinə düşməsin. Belə bir niyyətə düşmək ən azından etikasızlıqdır”.

 

**12:21


"Azərbaycan Mətbuat Şurasının (MŞ) növbəti qurultayı yaxınlaşır. Yaxın günlərdə İdarə Heyətinin toplantısı olacaq və qurultayın vaxtı müəyyənləşdiriləcək".

 

Bu barədə "Report"a açıqlamasında MŞ-nin İdarə Heyətinin üzvü Rəşad Məcid məlumat verib.

 

O bildirib ki, qurultayda sədr seçkisi də baş tutacaq: "Orada jurnalistlər kimi dəstəkləyərsə, həmin şəxs də MŞ-nin sədri olacaq".

 

Xatırladaq ki, Azərbaycan Mətbuat Şurasının (MŞ) sonuncu - VII qurultayı 2018-ci ildə keçirilib. MŞ-in sədri Əflatun Amaşovdur.

 

Onu da qeyd edək ki, unikal.org saytı Əflatun Amaşovun MŞ-nin sədrliyindən gedəcəyi, onu Rəşad Məcidin əvəzləyəcəyi barədə məlumat yayıb.






Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.