Məşhur jurnalist Şakir Yaqubov dünyasını dəyişdi

Azərbaycanın məşhur jurnalisti, Əməkdar mədəniyyət işçisi Şakir Yaqubov vəfat edib.

 

Senzor.az bildirir ki, o, 71 yaşında dünyasını dəyişib.

 

Şakir Yaqubov 1951-ci ildə Astaranın Bala Şahağac kəndində anadan olub.  Azərbaycan Dövlət Universitetinin (indiki Bakı Dövlət Universiteti) kitabxanaçılıq fakültəsini, Azərbaycan Jurnalist Sənətkarlığı İnstitutunu və Azərbaycan KP MK yanında Marksizm-Leninizm Universitetini fərqlənmə diplomu ilə bitirib. 


1974-2000-ci illərdə "Azərbaycan gəncləri", "Kommunist" (indiki "Xalq qəzeti"), "Həyat" (indiki "Azərbaycan"), "Sirdaş", "Səhər" və "AFFA news", "Panorama" qəzetlərində müqaviləli xüsusi müxbirlikdən baş redaktorun birinci müavini və baş redaktoracan ən müxtəlif vəzifələrdə, sonrakı 10 ildə isə Azərbaycan Respublikası Auditorlar Palatasının redaksiya-nəşriyyat şöbəsinin müdiri, "İqtisadiyyat və audit" elmi-praktik jurnalının məsul redaktoru vəzifəsində çalışıb.

 

Jurnalist iki dəfə – sovet dövründə (1989-cu il) və müstəqillik illərində (2005-ci il) "Əməkdar mədəniyyət işçisi" fəxri adına, 2014-cü ildə Azərbaycan mətbuatının inkişafındakı xidmətlərinə görə Azərbaycan Mətbuat Şurasının Ali Media Mükafatı (2014), habelə "Qızıl qələm" və Həsən bəy Zərdabi, 10-dək yaradıcılıq müsabiqəsinin mükafatlarına layiq görülüb. "Azərbaycan Respublikasının fəxri auditoru" adını almış ilk və yeganə peşəkar jurnalistdir. 

 

Ş.Yaqubov həm də “Mən şahidəm ki…", "Qətiyyətin təntənəsi", "Hakim mərkəzi göstərər", "Bizim səfər haçandı?!", "Banişevski olduğu kimi", "Taleyimdən keçənlər", "Yaddaşımın küncündən…", "Bir az da futbol(umuz)dan kitablarının müəllifi,  "Vətən bizim şöhrətimiz…", "Bizim müasirimiz", "On ikinci şeyxülislam", "Qanlı Yanvar dialoqu" kitablarının isə həmmüəllifidir.

 

Onun müxtəlif janrlı yazıları ayrı-ayrı toplulara, o cümlədən əxlaq mövzusunda "Sevirsə, qayıdacaq…" adlı oçerki IX siniflər üçün "Ailə həyatının etika və psixologiyası üzrə müntəxabat"a (Bakı, 1989-cu il) daxil edilib.

 

Allah rəhmət eləsin!






Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.