
Azərbaycanın sabiq Baş naziri Artur Rasi-zadə səhhəti ilə bağlı yayılan xəbərlərə münasibət bildirib.
Modern.az-a danışan 86 yaşlı A.Rasi-zadə bildirib ki, hazırda sağlıq durumu çox yaxşıdır və narahat olmağa heç bir əsas yoxdur: “Kefim də yaxşıdır, səhhətim də... Hətta lap əlayam”.
Artur Rasi-zadə deyib ki, doğrudan da bugünlərdə xaricdə - Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərində olub. Artıq Bakıya dönüb və hazırda evində dincəlir.
O, Dubaya nəvələri ilə bir həftəliyə gedibmiş.
**09:56
Azərbaycanın sabiq Baş naziri, 86 yaşlı Artur Rasi-zadənin səhhətində problem yaranıb.
Modern.az-ın məlumatına görə, sabiq Baş nazir hazırda Bakıda deyil, o, sağlamlıq durumu ilə əlaqədar xarici ölkələrin birində müalicə olunur.
Qeyd edilib ki, o, yaxın vaxtlarda Bakıya qayıdacaq.
Xatırladaq ki, Artur Rasi-zadə 22 il Azərbaycanın Baş naziri olub.