“Moderator”un Kəlbəcərdə dünyasını dəyişən baş redaktoru Bərdədə dəfn olundu - YENİLƏNİB, FOTO

Bu gün Kəlbəcər rayonunun Başlıbel kəndində vəfat edən tanınmış jurnalist, “Moderator.az” saytının baş redaktoru Zülfüqar Hüseynzadə dəfn edilib.

 

Senzor.az bildirir ki, bu barədə mərhumun dostları məlumat yayıblar.

 

Bildirilib ki, onun nəşi Bərdə rayonunun Əliyanlı kəndində, doğmalarının yanında torpağa tapşırılıb.

 

Yeri gəlmişkən, “Qafqazinfo” onun Kəlbəcərə hansı səbəbdən getməsi ilə bağlı bəzi məlumatları əldə edib.

 

Məsələ burasındadır ki, 52 yaşlı jurnalistin nənəsi 1993-cü ildə Kəlbəcərdən məcburi köçkün düşən zaman vəfat edib. Qadın qaçhaqaç məqamında dəfn edildiyi üçün, onun məzarına hər hansı nişan qoyulmayıb.

 

Yalnız Kəlbəcər işğaldan azad olunandan sonra Zülfüqar Hüseynzadə nənəsinin məzarını tapmaq qərarına gəlib. O, ötən il bununla bağlı Prezident Administrasiyasına icazə üçün müraciət edib və təklifi müsbət qarşılanıb.

 

Lakin ötən il hava şəraiti səbəbiylə qadının məzarını tapmaq mümkün olmayıb. Jurnalist bu məqsədlə yenidən ailə üzvləri ilə birgə bu il Kəlbəcərə yollanıb. Hətta aidiyyəti dövlət qurumları tərəfindən media nümayəndəsinə texnika baxımından da dəstək olunub. Onlar 4 gün ərzində qadının qəbiristanlıq olmayan ərazidəki məzarını tapıb geri dönməliydilər.

 

Lakin Zülfüqar Hüseynzadənin anidən şəkəri yüksəlib. Jurnalist yaxınlıqdakı hərbi hospitala aparılan zaman yolda keçinib. 


**11:58


“Moderator.az” saytının rəhbəri, jurnalist Zülfüqar Hüseynzadə bu gün səhər Kəlbəcərdə vəfat edib.

 

Senzor.az-ın məlumatına görə, gecəni Kəlbəcərin Başlıbel kəndində keçirən Zülfüqar Hüseynzadənin səhhəti səhərə yaxın qəfil pisləşib.

 

52 yaşlı jurnalistin ürəktutmadan vəfat etdiyi bildirilir.

 

Allah rəhmət eləsin!






Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.