Mir Şahin BDU-nun Jurnalistika fakültəsinin tələbələrinə USTAD DƏRSİ keçdi
FOTO

“REAL Təhlil və İnformasiya Mərkəzi” MMC-nin baş direktoru Mir Şahin Ağayev Bakı Dövlət Universitetinin (BDU) Jurnalistika fakültəsinin tələbələrinə “Təhlildə subyektiv və obyektiv mülahizələrin yanaşı işlənməsi” mövzusunda ustad dərsi deyib.

 

Senzor.az-ın məlumatına görə, BDU-nun Jurnalistika fakültəsinin Milli mətbuat tarixi kafedrasının müdiri professor Cahangir Məmmədli çıxış edərək fakültənin məzunu olan Mir Şahin Ağayevin bu gün Azərbaycan mediasında öz sözünü deməyə qadir və peşəkar bir jurnalist olduğunu, fakültənin daim belə məzunları ilə qürur duyduğunu bildirib. 

Ustad dərsində Mir Şahin Ağayev xəbərlərin təhlili zamanı obyektiv və subyektiv yanaşmaların nəzərə alınmasının vacibliyini qeyd edib, dövlət, vətəndaş və milli maraqların birlikdə təmsilinin jurnalist fəaliyyətində əsas faktorlar olduğunu deyib. Bildirilib ki, müasir Azərbaycan teleməkanında əsas ehtiyac duyulan məsələ düzgün proqnozların verilməsidir. Bu, təbii ki, keçmişin və bu günün nəticələrinin sintezli təhlilini ortaya qoyur. Təhlil aparmaq və ictimaiyyəti yanlış yönləndirməyəcək şəkildə təqdim etmək isə dəqiqliyin, qərəzsizliyin və operativliyin göstəricisidir. Bununla yanaşı, günümüzdə əsas xəbər mənbəyinə çevrilmiş sosial şəbəkə vasitələri həyatımızda müsbət və mənfi tendensiyalar doğurmaqdadır. Bu isə informasiya kirliliyinə və manipulyasiyaya səbəb olur. 

Jurnalistlərin əsas vəzifəsi burada balanslaşdırılmış şəkildə gerçək faktları ortaya qoymaq, həqiqəti tam reallığı ilə təqdim etməkdir. 

Tanınmış jurnalist BDU-nun Jurnalistika fakültəsinin mediamızdakı önəmindən də söz açaraq, praktik bacarıqların nəzəri biliklər üzərində möhkəmlənməsinin zəruriliyini diqqətə çatdırıb, tələbələrə gələcək peşə fəaliyyətlərində uğurlar arzulayıb.

 

Sonra Mir Şahin Ağayev tələbələri maraqlandıran sualları cavablandırıb.






Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.