Tanınmış jurnalist Yalçın Əlizadə dünyasını dəyişdi

Bakı Dövlət Universiteti Jurnalistika Fakültəsinin professoru Yalçın Əlizadə 83 yaşında vəfat edib.

 

Senzor.az bildirir ki, bu barədə sosial şəbəkədə Fakültənin müəllimi Əli Hacıyev məlumat verib.

 

Yalçın Mustafa oğlu Əlizadə 1940-cı il  yanvarın 17-də Gəncə şəhərində anadan olub. 1957-ci ildə Bakıda 132 nömrəli orta məktəbi bitirib. 1957-ci ildə BDU-nun Jurnalistika fakültəsinə daxil olub. 1962-ci ildə Universiteti bitirdikdən sonra Azərbaycan Dövlət Televiziya və Radio Verilişləri Komitəsində çalışıb. 1971-1974-cü illərdə BDU-nun Jurnalistika fakültəsinin əyani aspiranturasında təhsil alıb.

 

1974-cü ildə "Azərbaycanda radiojurnalistikanın təşəkkülü və inkişafı" mövzusunda namizədlik dissertasiyası müdafiə edib. O, 1974-1981-ci illərdə BDU-nun Jurnalistikanın nəzəriyyəsi və təcrübəsi kafedrasında müəllim, baş müəllim, dosent vəzifələrində çalışıb. 1979-1989-cu illərdə Universitetin Müəllim Həmkarlar İttifaqı Komitəsinin sədri olub. 1982-1999-cu illərdə Televiziya və radio jurnalistikası kafedrasının müdiri vəzifəsində çalışıb. 1999-2012-ci illərdə Jurnalistika fakültəsinin dekanı olub.

 

Yalçın Əlizadə Azərbaycanda radio jurnalistikasının nəzəri əsaslarını fundamental sürətdə araşdıran ilk alimlərdən, bu sahənin ən yaxşı tədqiqatçılarından biri idi. O, televiziya və radio jurnalistikasının aktual problemlərinə dair 100-ə yaxın elmi məqalənin, 4 kitabın müəllifi olub.

 

Allah rəhmət eləsin!






Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.