Yazıçı-publisist, Əməkdar jurnalist Əhməd İsayev vəfat edib.
Senzor.az bildirir ki, o, ürək çatışmazlığından dünyasını dəyişib.
Xatırladaq ki, Əhməd İsayev 30 avqust 1940-cı ildə Zaqatala rayonunun Suvagil kəndində anadan olub. Orta məktəbi bitirən kimi təsərrüfatda əmək fəaliyyətinə başlayıb.
Ə.İsayev 1964-cü ildən Azərbaycan Jurnalistlər İttifaqının, 1992-ci ildən Azərbaycan Yazıçılar Birliyinin üzvü, Azərbaycanın Əməkdar jurnalisti (1987), “Qızıl qələm” (1974), “Ustad” ali jurnalistika (1995), “Həsən bəy Zərdabi” (1996) və “Araz” (1999) ali ədəbi mükafatları laureatı, 2003-cü ildən AKTA-nın fəxri doktoru, 1992-ci ildən “Gəncə və gəncəlilər” Xeyriyyə Cəmiyyətinin sədri olub.
Hələ tələbə ikən – 1963-cü ildən "Kommunist" qəzeti redaksiyasında işə başlayıb: kiçik ədəbi işçi, baş ədəbi işçi, şöbə müdiri olub. 1970-1990-cı illərdə Gəncə-Qazax bölgəsi üzrə xüsusi müxbir vəzifəsində çalışıb. 1990-1991-ci illərdə "Respublika" qəzetinin təşkilatçısı və ilk baş redaktoru olub. Bir müddət "Həyat" və "Səhər" qəzetlərində işləyib. 1995-ci ildən "Azərbaycan" qəzetinin bölgə müxbiri idi.
Allah rəhmət eləsin!