“Haber Global” XII Qlobal Bakı Forumunu QAFQAZLARIN "MÜNXEN KONFRANSI" KİMİ TƏQDİM ETDİ
VİDEO

Türkiyənin “Haber Global” telekanalı martın 13-də öz işinə başlayan XII Qlobal Bakı Forumu ilə bağlı süjet hazırlayıb.

 

Tədbiri Qafqazların "Münxen konfransı" kimi təqdim edən telekanal süjetdə həm Azərbaycan Prezidenti İlham Əliyev, həm də xarici işlər naziri Ceyhun Bayramovun forumda çox önəmli mesajlar verdiyini diqqətə çatdırıb: "Dünən XII Qlobal Bakı Forumunun ilk günü idi. Həm Prezident İlham Əliyevin verdiyi mesajlar, həm də Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovun Ermənistan- Azərbaycan arasında sülh sazişi barədə açıqlamaları diqqət çəkdi. Qeyd edək ki, Azərbaycan və Ermənistan arasında 17 maddəlik sülh müqaviləsinin 15 maddəsi üzrə razılaşma əldə olunmuşdu. Ceyhun Bayramov isə martın 13-də son iki maddə ilə bağlı da razılaşma əldə olunduğunu açıqladı".

 

Süjetdə həmçinin qeyd olunub ki, Azərbaycan Ermənistandan konstitutisiyasının yeniləməsini və ölkəsinə qarşı olan ərazi iddialarının əsas qanundan çıxarılmasını da gözləyir. Digər məsələ isə ATƏT-in keçmiş Minsk qrupunun ləğv edilməsi ilə bağlıdır.






Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.