Jurnalist sorğuları ilə bağlı dövlət qurumlarına çağırış - FOTO

"Ədliyyə orqanları ilə jurnalistlərin işi ölkəmizin beynəlxalq imicinə birbaşa təsir edən amillərdən biridir. Bu baxımdan dövlət qurumlarının kommunikasiya siyasətinin mühüm əhəmiyyəti var”.

 

Senzor.az bildirir ki, bunu Medianın İnkişafı Agentliyində Media subyektləri və jurnalistlərlə iş şöbəsinin müdiri Natiq Məmmədli media nümayəndələri üçün “Ədliyyə orqanlarında və məhkəmələrdə kommunikasiya siyasəti” mövzusunda birgə təlimdə deyib.

 

O qeyd edib ki, zaman və sərhəd tanımayan qeyri-peşəkar jurnalistlərin fəaliyyətinin genişlənməsi peşəkar media nümayəndələrinin işində rəqabəti artırır: “Bəzi hadisələrlə bağlı hazırlanan xəbərlərin vaxt itirmədən təqdim edilməsinə ehtiyac var. Odur ki, dövlət qurumlarının jurnalistlərin informasiya sorğularına operativ reaksiya verməsinin əhəmiyyəti böyükdür”.

 

N.Məmmədli bildirib ki, media savadlılığının artırılması istiqamətində bir çox tədbirlər keçirilib: "Media İnkişaf Agentliyi olaraq biz ötən il 600-dan çox jurnalist üçün təlim keçirmişik. Bu il də 800-ə yaxın jurnalisti əhatə edən təlimlər keçirəcəyik”. 

 

Qeyd edək ki, Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin, Medianın İnkişafı Agentliyinin və Azərbaycan Hakimlər Assosiasiyaları İttifaqının təşkilatçılığı ilə media nümayəndələri üçün “Ədliyyə orqanlarında və məhkəmələrdə kommunikasiya siyasəti” mövzusunda birgə təlimi keçirilir.






Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.