MN: Azərbaycan Ordusu mülki əhalini və infrastrukturu hədəfə almır - RƏSMİ


Ermənistan tərəfindən guya Azərbaycan Ordusunun mülki əhalini, obyektləri və infrastrukturu hədəfə alması barədə yayılan məlumatlar həqiqəti əks etdirmir. Bu, Ermənistan tərəfinin yaydığı növbəti dezinformasiyadır.


Senzor.az bildirir ki, bu barədə Müdafiə Nazirliyindən (MN) məlumat verilib.


Qeyd olunub ki, Ermənistanın təxribatlarına cavab olaraq əks tədbirlər lokal xarakter daşıyaraq atəş nöqtəsi olan legitim hərbi hədəflərə qarşı yönəlib: "Cavab tədbirləri kiçikmiqyaslı və hədəflənmiş xarakter daşıyaraq Azərbaycan sərhədlərinin təhlükəsizliyini təmin etmək və Ermənistanın təxribatlarına son qoymaq məqsədi daşıyır.


Mülki obyektlərin və günahsız insanların hədəfə alınması Ermənistan silahlı qüvvələrinin tətbiq etdiyi standart hərbi metodologiyadır. 30 illik işğal dövründə və 44 günlük Vətən müharibəsində məhz Ermənistan tərəfi ballistik raketlər və kasetli bombalarla qəsdən və məqsədyönlü şəkildə Azərbaycan şəhərlərini və mülki əhalisini hədəfə alırdı".


**01:22


Erməni teleqram kanallarında Azərbaycan Ordusunun bölmələri tərəfindən guya dövlət sərhədinin Gorus rayonu istiqamətində atəşin açılması və nəticədə mülki infrastruktura ziyan dəyməsi barədə təxribat məqsədilə yayılan məlumatın heç bir əsası yoxdur və həqiqəti əks etdirmir.

 

Senzor.az bildirir ki, bu barədə KİV-in  sorğusuna cavab olaraq Müdafiə Nazirliyindən bildirilib.

 

Bildirilib ki, Azərbaycan Ordusunun bölmələri mülki infrastrukturu hədəfə almır.






Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.