"Parlament binası yaxınlığında toplaşan etirazçılar hakim partiyadan olan deputatların evlərinə gedərək onları baş nazir Nikol Paşinyana qarşı impiçment prosesinə başlamağa məcbur etmək niyyətindədirlər".
Senzor.az yerli KİV-ə istinadən bildirir ki, bunu hakimiyyətin istefası tələbi ilə təşkil olunan etriaz aksiyasının təşkilatçılarından olan Edqar Kazaryan deyib.
“Deputatlar xalqdan mandat alıblar və onların adından çıxış etməli, onların mənafeyini qorumalıdırlar. Əgər hamımız dincliyi, sabitliyi itirmişiksə, o zaman onların dinc şəratdə yaşamasına imkan verməyəcəyik”, - deyə Kazaryan qeyd edib.
O, həmçinin bütün vətəndaşları aksiyaya qoşulmağa çağırıb. Çünki, onun fikrincə, xalq üçün hazırda hər dəqiqə qiymətlidir və danışıqlar aparan şəxsin dəyişməsi ara-sıra baş tutan döyüşlərdə və diplomatik arenada dönüşə səbəb ola bilər.