Bakıda "Qarabağ" və Fransanın "Nant" komandaları arasında keçiriləcək UEFA Avropa Liqası qrup mərhələsinin II tur oyununda bir dəqiqəlik sükut ola bilər.
Senzor.az bildirir ki, bu barədə baş məşqçi Qurban Qurbanov qarşılaşmadan əvvəl mətbuat konfransında məlumat verib.
O, Ermənistan silahlı qüvvələrinin son genişmiqyaslı təxribatının qarşısı alınarkən şəhid olan hərbçilərimizin xatirəsinin bir dəqiqəlik sükutla anılması üçün klub tərəfindən UEFA-ya müraciət olunduğunu söyləyib: "Nə qərar verəcəklərini bizə sabah bildirəcəklər".
Qeyd edək ki, sentyabrın 15-də Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək qarşılaşma saat 20:45-də başlayacaq.