İrəvanda mitinqlər səngimir.
Senzor.az yerli KİV-ə istinadən bildirir ki, ermənilər indi də ölkənin KTMT-dən çıxması tələbi ilə aksiya keçirirlər.
Etirazçıların əllərində ABŞ bayraqlarının dalğalanması diqqətdən yayınmayıb. Belə ki, mitinq ABŞ Nümayəndələr Palatasının spikeri Nensi Pelosinin ölkəyə səfəri fonunda təşkil olunub.
Qeyd edək ki, spikerin özü Ermənistanın KTMT-dən çıxması məsələsini şərh etməsə də, bunun ölkə və ABŞ üçün daha məqbul hal olduğuna eyham vurub.
Daha bir maraqlı məqam. Etiraz aksiyasında “Sasna Tsrer” (Sasun dəlibaşları) adlı yarımhərbi qruplaşmasının radikal siyasi qanadı olan “Milli Vahid Qütb” partiyasının üzvləri də iştirak edirlər. Xatırladaq ki, 2016-cı ilin yayında İrəvanda polis alayına məhz bu qruplaşmanın silahlıları hücum etmiş, nəticədə 3 polis həlak olmuşdu.