Pelosinin açıqlaması Türkiyə - ABŞ münasibətlərinə zərbə vura bilərmi?
ŞƏRH

ABŞ Konqresi Nümayəndələr Palatasının sədri Nensi Pelosinin Ermənistana səfəri zamanı Azərbaycanla bağlı səsləndirdiyi fikirləri ciddi reaksiyalara səbəb olmaqdadır. Məlumdur ki, qadın siyasətçi İrəvanda olarkən Bakını Ermənistanın ərazi bütövlüyünü pozmaqda ittiham edib. O, həmçinin ABŞ-ın Azərbaycana qarşı sanksiyalar hazırladığını bildirib. 


İlk növbədə onu deyək ki, Pelosinin bəyanatını ciddi qəbul etmək lazım deyil. Onun bu naqolay açıqlaması regionda sabitlik yaratmaq cəhdlərinə mane olmaq məqsədi daşıyır. Vaşinqton çalışır ki, münasibətlər gərgin olaraq qalsın. Bundan başqa, Pelosi seçkiqabağı öz kreslosunu qorumaq istəyir. Əslində Pelosinin və digər ABŞ rəsmilərinin belə məsələlərdə Azərbaycanı ittiham etmələrinə mənəvi haqları yoxdur. Çünki kontur sual yaranır: Vaşinqtonun özgə torpağında- Suriyada, İraqda, Əfqanıstanda nə işi var? Biz Ermənistanla sərhəd qonşusuyuq, bəs ABŞ kilometrlərlə uzaqda nə axtarır?! Ağ Ev bizi günahlandırmazdan əvvəl bu suallar barədə düşünməlidir. 

 

İkinci bir tərəfdən, biz ötən otuz il müddətində ABŞ-ın qərəzli mövqeyini görmüşük. Ağ Evin qeyri-səmimi olduğunu bu dövlətin Minsk Qrupunun həmsədri kimi səmərəsiz fəaliyyəti təsdiqləyir.  

Azərbaycanla yanaşı, Türkiyə rəsmiləri də Pelosinin açıqlamasına münasibət bildiriblər. Dünən Türkiyənin vitse - prezidenti Fuat Oktay deyib ki, ABŞ Konqresi Nümayəndələr Palatası sədrinin səsləndirdiyi fikir tarixi və hazırkı reallıqlara uyğun deyil: "Onun fikirləri xoş niyyətdən tamamilə uzaqdır, tərəfli mövqeyin göstəriçisidir və diplomatik səyləri sabotaj edən açıqlamalardır. Heç bir halda bunların qəbul edilməsi mümkün deyil", - o bildirib.

 

O, həmçinin beynəlxalq ictimaiyyətə müraciət edib. Vitse-prezident vurğulayıb ki, hazırda bölgədə sülh və sabitliyə ehtiyac var: “Regionda daimi sülh və sabitliyə ehtiyac olan bir vaxtda bütün beynəlxalq aktorları soyuqqanlı, ədalətli və məsuliyyətli davranmağa dəvət edirəm. Otuz ildir haqsız şəkildə işğal altında olan torpaqlarını azad etmək üçün mübarizə aparan Can Azərbaycanın yanında durmağa qətiyyətlə davam edəcəyik”.

 

Rəsmi Ankara dəfələrlə bildirib ki, Azərbaycan Türkiyənin "qırmızı xəttidir". Əlbəttə, bunu ABŞ-da da bilirlər. Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan, xarici işlər naziri Mövlud Çavuşoğlu və digər rəsmilər deyiblər ki, İrəvan Ankara ilə diplomatik münasibətləri normallaşdırmaq istəyirsə, əvvəlcə Azərbaycanın ərazi bütövlüyünü tanımalıdır.  Vaşinqton isə, görünür, bu proseslərdə maraqlı deyil. Və ehtimal etmək olar ki, Pelosinin açıqlaması həm də buna hesablanıb. 

 

ABŞ-Türkiyə münasibətləri son vaxtlar həssas mərhələyə qədəm qoyub. Ukraynadakı müharibə, F- 16 təyyarələrinin tədarükü, Suriyadakı durum tərəflər arasında fikir ayrılığı yaradır. Pelosinin bəyanatı isə, şübhəsiz ki, münasibətləri daha da pisləşdirə bilər. 

 

Doğrudur, Pelosi ölkədə üçüncü şəxsdir. Amma daha vacib olan Prezident Cozef Baydenin və vitse-prezident Kamala Harrisin fikirləridir. Onların heç birinin dilindən isə son hadisələrlə bağlı Azərbaycanın ünvanına hansısa  irad və ya ittiham səslənməyib. Buna baxmayaraq, Vaşinqtonun Cənubi Qafqazdakı durumla bağlı qərəzli mövqeyinin davam etməsi Türkiyə-ABŞ əlaqələrinə təsir edə bilər. Fikrimcə, Ağ Evdə bunu nəzərə almalıdırlar. 

 

ABŞ Türkiyə üçün nə qədər vacib tərəfdaşdırsa, Ankara da bir o qədər Vaşinqtona lazımdır. Xüsusilə Rusiya ilə münasibətlərin tənzimlənməsində Türkiyə ABŞ üçün çox vacibdir. Bu mənada Ağ Ev regional siyasətində diqqətli olmalı, provokativ addımlardan çəkinməlidir.

 

Kənan Novruzov, 

siyasi ekspert






Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.