“Kipr məsələsində ədalətli, davamlı bir həllə nail olmaq üçün Şimali Kipr Türk Cumhiriyyəti ilə birgə xoşniyyətli və konstruktiv səylər göstərdik”.
Bunu Birləşmiş Millətlər Təşkilatının (BMT) 77-ci Baş Assambleyasında çıxışı zamanı Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.
Türkiyə Prezidenti beynəlxalq ictimaiyyəti sanksiyalarla dünyadan qoparmağa çalışdıqları Kipr türklərinə qarşı zülmə son verməyə, Şimali Kipr Türk Cumhiriyyətini rəsmi olaraq tanımağa dəvət edib.
Yunanıstana gəlincə isə, Ərdoğan onu təxribatlardan çəkinməyə çağırıb: “Ölkəzmizlə siyasi və hərbi səviyyəcə əsla müqayisə olunmayan, güc nümayişi göstərənlər özlərini gülünc vəziyyətə salırlar. Şərqi Aralıq dənizində sülh və sabitliyin davam etdirilməsi bütün tərəflərə hörmətdən asılıdır.
Yunanıstandan gərginlik və təxribat siyasətini bir kənara qoyaraq, əməkdaşlıq və həmrəylik çağırışlarımızı eşitmələrini gözləyirik”, - deyə Ərdoğan vurğulayıb.