Yaponiyanın Baş naziri Ərdoğana təşəkkür etdi - RUSİYANIN UKRAYNAYA QARŞI HƏRƏKƏTLƏRİNİ PİSLƏDİ

Yaponiyanın Baş naziri Fumio Kişida BMT Baş Assambleyasının 77-ci sessiyası çərçivəsində Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla görüşüb, Ukrayna taxılının dənizlə tədarükü ilə bağlı razılığın əldə edilməsində oynadığı rola görə Türkiyə liderinə təşəkkür edib.

 

Senzor.az yerli KİV-ə istinadən bildirir ki, Yaponiya Xarici İşlər Nazirliyinin yaydığı məlumatda belə deyilir.

 

“Kişida qlobal ərzaq böhranı kontekstində Ukraynadan taxıl ixracının həyata keçirilməsi ilə nəticələnən BMT, Ukrayna və Rusiya ilə dördtərəfli danışıqlar yolu ilə İstanbulda Birgə Koordinasiya Mərkəzinin yaradılması istiqamətində Türkiyənin diplomatik səylərinə hörmətini ifadə edib”, - məlumatda vurğulanır.

 

Bundan əlavə, Kişida Türkiyənin həm Rusiya, həm də Ukrayna ilə yaxın münasibətlərinə əsaslanan səylərini qeyd edib.

 

İki ölkə liderləri, bir sıra regional məsələlər ətrafında fikir mübadiləsi aparıblar, ikitərəfli münasibətlərin inkişafı çərçivəsində iqtisadi tərəfdaşlıq sazişi üzərində işi sürətləndirmək, həmçinin enerji və kosmos sahəsində əlaqələri inkişaf etdirmək barədə razılığa gəliblər.

 

Kişida xüsusilə Rusiyanın Ukraynaya qarşı hərəkətlərini pisləyib.






Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.