Müvəqqəti işğal altında olan Krımın “Ali Məhkəməsi” qaz kəmərinin partladılması ilə bağlı qondarma işdə təqsirləndirilən 3 nəfəri 13-17 il müddətinə azadlıqdan məhrum edib.
Bu barədə vəkil Nikolay Polozov məlumat yayıb.
O, qeyd edib ki, Krım-Tatar Xalq Məclisinin sədr müavini Nəriman Cəlal 700 min rubl cərimə ilə 17 il müddətinə azadlıqdan məhrum edilib.
“Məhkəmə” Asan və Əziz Axtemov qardaşlarını isə 500 min rubl cərimə edib və müvafiq olaraq onlara 15-13 il iş kəsib.
Azvision.az xatırladır ki, 2021-ci il avqustun 23-də Krımda, Simferopol və Yalta arasında yerləşən Perevalnoye kəndində qaz kəməri partlamışdı.