Paşinyan Nyu-Yorkda İran Prezidenti ilə görüşdü və...
AZƏRBAYCANDAN ŞİKAYƏTLƏNDİ

Ermənistanın baş naziri Nikol Paşinyan Nyu-Yorkda BMT Baş Assambleyasının 77-ci sessiyası çərçivəsində İran İslam Respublikasının Prezidenti İbrahim Rəisi ilə görüşüb.

 

Musavat.com xəbər verir ki, Paşinyan Rəisiyə Azərbaycandan gen-bol şikayət edib, Ermənistanın suveren ərazisinə qarşı hücum həyata keçirildiyini iddia edib.

 

“Paşinyan İran tərəfinin dəqiq qiymətləndirmələrindən məmnunluğunu bildirib və hazırkı vəziyyətdə ikitərəfli sıx əməkdaşlığı vurğulayıb”, - məlumatda deyilir.

 

İbrahim Rəisi İranın hadisələri yaxından izlədiyini bildirib və əlavə edib ki, regiondakı bütün problemlər yalnız sülh yolu ilə həll edilməlidir. 

 

Onun sözlərinə görə, İranın mövqeyi dövlətlərin ərazi bütövlüyü və regionda sərhədlərin dəyişdirilməsinin yolverilməzliyi ilə bağlı aydın mövqedir və İranın Ermənistanla əlaqəsi təhlükə altına düşməməlidir. Rəisi ölkəsinin regionda sülhün bərqərar olmasına dəstək verməyə hazır olduğunu vurğulayaraq, Ermənistanın təhlükəsizliyi məsələsinin İran üçün vacib olduğunu bildirib.

 






Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.