Ermənistan sülh gündəliyinə qayıtmalıdır: TƏXRİBATLAR PAŞİNYANIN ŞANSINI MİNİMUMA ENDİRİR

Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov Real TV-yə müsahibə verib. O, sərhəddəki son gərginlik barədə danışıb. 

 

Baş diplomat bildirib ki, Ermənistan sülh gündəliyinə qayıtmalıdır: “Ermənistanın dediyi sözlə əməli arasında fərq var: "Ermənistan sözdə sülh prosesinə sadiqliyini ifadə edir. Onlar delimitasiya prosesinin aparılmasının tərəfdarı olduğunu deyirlər. Amma Ermənistan Təhlükəsizlik Şurasının baş katibi bu ilin iyul ayında etiraf etmişdi ki, terrorçular hələ Qarabağdan çıxarılmayıb. Deməli, ən azı 2 il ərzində ermənilər üçtərəfli sazişi pozublar. Necə olur ki, Laçın şəhəri və ətrafında 2021-ci il Ermənistan istehsallı 1300-dən çox mina aşkarlanıb. Elə isə üçtərəfli sazişə sadiqlikdən necə danışmaq olar? Ermənistan konstruktiv olaraq sülh gündəliyinə yönəlməlidir. Bu, Nyu-Yorkdakı görüşdə bir daha diqqətə çatdırıldı”.  

Bu, İrəvana növbəti xəbərdarlıqdır. 


Məsələ ondadır ki, Ermənistan iqtidarı  yekun sülh məsələsində, sərhədlərin müəyyənləşdirilməsində, həqiqətən, maraqlı ola bilər. Bunun üçün ən vacib faktor Türkiyədir. Şərqi Avropada davam edən müharibə, Qərblə Kreml arasında mübarizənin güclənməsi Ermənistanı narahat edir. Həmişə kiminsə diktəsi ilə xarici siyasət yeridən bu dövlət bir azdan sonra "ortalıqda qala bilər". Ona görə də İrəvan Ankara ilə diplomatik münasibətləri mümkün qədər tez bərpa etmək, onun "çətiri altına" keçmək istəyir. Türkiyənin “qırmızı xətti” isə məlumdur: Ermənistanın Azərbaycanın ərazi bütövlüyünə hörmət etməsi. 

 

Ermənistanın müxtəlif rəsmiləri, o cümlədən baş nazir Nikol Paşinyan, xarici işlər naziri Ararat Mirzoyan bir neçə dəfə Cənubi Qafqazdakı sabitlikdə maraqlı olduğunu deyiblər. Buna baxmayaraq, təxribatlar davam edir. Qeyd etmək lazımdır ki, Ermənistan iqtidarının qərarlarına təsir edə biləcək kifayət qədər qüvvə var. Bunlar həm daxildəki müxalifət, həm də Qərb və Kremldir. Provokasiyaların məhz onların diktəsi və ya iştirakı ilə baş tutması istisna deyil. 

İndi rəsmi İrəvandan ən çox tələb olunan siyasi iradədir. Əgər Ermənistan hakimiyyəti, həqiqətən, sülh və sabitlik istəyir, dövlətinin və millətinin gələcəyini düşünürsə, onda bunu əməldə göstərməli, sülh üçün tələsməlidir. Təxribatları Ermanistan hakimiyyətinin törətməsinin və ya üçüncü qüvvələrin iqtidarı buna məcbur etməsinin bizim üçün heç bir fərqi yoxdur. Paşinyan və komandası anlamalıdır ki, hər bir sabotaj onların işini daha da çətinləşdirir. Provokasiyaların davam etməsi Ermənistan iqtidarının onsuz da az olan şanslarının minimallaşması deməkdir. Paşinyan bunu anlamalı və Ceyhun Bayramovun dediyi kimi, sülh gündəliyinə qayıtmalıdır.

 

Kənan Novruzov, 

siyasi ekspert






Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.