İran şahının oğlu silahlı qüvvələri hakimiyyəti ələ keçirməyə çağırdı - “O BU GÜN BUNU ETMƏSƏ, SABAH XALQA CAVAB VERMƏLİ OLACAQ”


İran şahının ABŞ-da yaşayan oğlu Rza Kir Pəhləvi növbəti çağırışla çıxış edib.

 

İranda keçirilən aksiyalarda etirazçılara qarşı zor tətbiq olunmasının hiddət doğurduğunu vurğulayan Rza Pəhləvi silahlı qüvvələri bundan çəkinməyə çağırıb: “Biz həm rejim, həm də xalq üçün dönməz vəziyyətə çatmışıq. Beləliklə, silahlı qüvvələr bu gün rejimi ələ almasa, sabah əfv torundan keçə bilməyəcək və xalqa cavab verəcək. Bu reallıqdır, təhdid və ya xəbərdarlıq deyil”.

 

Qeyd edək ki, sentyabrın 16-da Tehranda hicab qaydalarına əməl etmədiyinə görə əxlaq polisi tərəfindən saxlanıldıqdan sonra döyülən və komaya düşərək həyatını itirən 22 yaşlı Məhsa Əmini adlı qızın ölümü ölkəni etiraz aksiyalarına bürüyüb. Çevik polis qüvvələri nümayişçilərin qarşısını almağa çalışarkən bir neçə şəhərdə qarşıdurma yaşanıb. Çox sayda ölən, yaralanan və həbs olunan etirazçının olduğu bildirilir. İran hakimiyyəti ölkədə internet şəbəkələrini məhdudulaşdırıb.

 

Modern.az xatırladır ki, 1979-cu ildə devrilmiş şah Məhəmmədrza Pəhləvinin  arvadı Fərəh Pəhləvi və oğlu Rza Pəhləvi hazırda Vaşinqtonda yaşayırlar.

Pəhləvilər ailəsi hazırda İranda "arzuolunmaz ailə" statusu daşıyır.






Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.