Putin Ukraynanın daha iki vilayətinin ərazisini Rusiyaya qatır – QƏRB BU DƏFƏ DƏ DANIŞIB... SUSACAQ?
ŞƏRH

Gözlənildiyi kimi, Rusiya Prezidenti Vladimir Putin Ukraynanın Zaporojye və Xerson vilayətinin müstəqilliyinin tanınması ilə bağlı fərman imzalayıb.

 

Putin qanunsuz və legitim olmayan bu fərmanını BMT Nizamnaməsində təsbit edilmiş “xalqların bərabərliyi və öz müqəddəratını təyinetmə prinsipi” ilə əsaslandırsa da, özlüyündə istinad etdiyi prinsipi də kobud şəkildə pozur.

 

Məsələ ondadır ki, Rusiya özü heç vaxt bu prinsipə sadiq olmayıb. Əks təqdirdə bu gün Dağıstan, Çeçenistan, Tatarıstan və ya Rusiya Federasiyasına bağlı başqa subyektlər öz müqəddəratlarını təyin edərdilər. Yeri gəlmişkən, ötən əsrin 90-cı illərində Çeçenistan öz müqəddəratını təyin etsə də, rəsmi Moskva bunu tanımadı və onu  işğal etdi.

 

Ümumiyyətlə isə BMT Nizamnaməsində təsbit edilmiş “xalqların bərabərliyi və öz müqəddəratını təyinetmə prinsipi o zaman qüvvəyə minə bilər ki, müqəddəratını təyin edən vilayət və ya daxili subyektin müstəqilliyi mənsub olduğu ölkə və ya BMT Təhlükəsizlik Şurasının beş daimi üzvü tərəfindən tanınsın. Bunlar baş vermədiyi təqdirdə isə bu, öz müqəddəratını təyinetmə deyil, sadəcə separatçılıq və ya işğal addımıdır.

 

Putinin əsas planı

Aydın məsələdir ki, Rusiya Prezidenti Vladimir Putin Ukraynanın Zaporojye və Xerson vilayətinin müstəqilliyinin tanıyaraq qeyd edilən “kvazi dövlətlər”i faktki olaraq ilhaq etmək istəyir. Bu gün və ya yaxın günlər ərzində bunun gerçəkləşəcəyinə şübhə yoxdur. 

Rusiyanın Krımın ardınca Donesk və Luqanskı, indi isə Zaporojye və Xersonu da ilhaq etməsi ciddi problemlər yaradacaq:

Birincisi, bunun baş verməsi faktiki olaraq İkinci Dünya Müharibəsindən sonra böyük güclər arasında “zor gücü ilə fəth etmək” prinsipinin tərk edilməsi razılaşmasının pozulması deməkdir. Bu prinsipin Rusiya tərəfindən pozulması gələcəkdə, Ukraynada olduğu kimi, digər ölkələri də ərazilərinin tez-tez əl dəyişməsi təhlükəsi ilə üz-üzə qoya bilər.

 

İkincisi, rəsmi Moskvanın belə bir addım atması həm də dünyanı yeni və daha təhlükəli Dünya müharibəsi ilə üz-üzə qoya bilər. Məsələ ondadır ki, 19-cu əsrə qədər “Fəth” ambisiyalarının pik həddə çatması faktiki olaraq böyük dövlətləri dünya müharibəsinə sürükləyirdi. Nəticədə 20-ci əsrdə iki Dünya müharibəsi yaşandı. Bu gün Rusiyanın Ukrayna ərazilərini qanunsuz şəkildə ilhaq etməsi dünyanı yeni Dünya müharibəsi təhlükəsi ilə üz-üzə qoya bilər.

 

Üçüncüsü, Rusiyanın Ukrayna ərazilərini ilhaq etməsi Ukraynada müharibənin yeni fazaya keçməsi deməkdir. Rusiya tutduğu əraziləri artıq özününkü hesab edir və şəxsi müdafiəsi naminə edəcəyi hər şeyə haqq qazandıracaq. Rusiya, hətta hansısa dəhşətli hərbi vasitədən istifadə də edə bilər.

 

Putin uran, hidrogen və ya hansısa total məhvedici silahdan istifadə edə bilər. Prinsip etibarilə İkinci Dünya müharibəsi zamanı ABŞ da Yaponiyaya məhz rəsmi Tokionun təslim olmaması səbəbilə iki ədəd atom bombası atmışdı. Rusiya da bənzər əsaslardan belə bir addım ata bilər.

 

Dördüncüsü, Rusiyanın Ukrayna ərazilərini ilhaq etməsi müharibəni birbaşa NATO-Rusiya müharibəsinə çevirə bilər. Düzdür, hələlik bu zəif ehtimal olsa da, yekun qərar Vaşinqtonun atacağı addımlardan asılı olacaq. Çünki 2014-ci ildə Krım da Rusiyaya bənzər şəkildə qanunsuz ilhaq edilmişdi. Başda ABŞ olmaqla Qərb Krımın ilhaqını üstüörtülü yola vermişdi.

 

Turan Rzayev, 

politoloq






Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.