İraqın nüfuzlu şiə lideri Müqtəda əs-Sədr Əfqanıstanda məscidlərdə törədilən silsiləvi terror aktlarına görə “Taliban”ın məsuliyyət daşıdığını bəyan edib.
“Sputnik Əfqanıstan”ın məlumatına görə, Müqtəda əs-Sədr bildirib ki, “Taliban”ın terror hücumları qarşısında hərəkətsizliyi onların müsəlmanları qorxutmaq istəyindən xəbər verir.
O, həmçinin Səudiyyə Ərəbistanını Əfqanıstanda baş verənlərə müdaxilə etməyə çağırıb.
Qeyd edək ki, bir il əvvəl Müqtəda əs-Sədr “Taliban”dan tələb etmişdi ki, təşkilat şəxsi təhlükəsizlikləri üçün şiələrə silah gəzdirməyə icazə versin.