Pakistanın keçmiş baş naziri İmran Xan haqqında həbs qəti imkan tədbiri seçilib.
Senzor.az yerli KİV-ə istinadən bildirir ki, bu barədə İslamabad məhkəməsi qərar çıxarıb.
Keçmiş hökumət başçısı insanları terrora təşviq etməkdə və ictimai çıxışlarda terrora dəstəkdə ittiham olunur.
O, həm də özünə və hakimiyyətinə qarşı çıxanları qanunsuz olaraq həbs etməkdə günahlandırılır.
İmran Xanın mənsub olduğu "Tahrik e İslam" partiyası isə bildirib ki, əgər onun qoluna qandal vurularsa, ölkədə ara qarşıcaq və milyonlarla insan küçələrə axışacaq.