Bu gün Avropa Şurasının Monitorinq komitəsi Azərbaycan üzrə yeni həmməruzəçi seçib.
“Turan” bildirir ki, bu, Norveçin Əmək Partiyasından (Labour party) Liz Kristofersondur.
Monitorinq Komitəsi ona 5 illik mandat verib. Xanım Liz Kristoferson Azərbaycanda demokratiya, insan haqları, korrupsiya, seçki sahəsində baş verəcək bütün nöqsanları monitorinq altında saxlayacaq.
Xatırladaq ki, bundan əvvəl AŞPA-nın Monitorinq Komitəsinin Azərbaycan üzrə məruzəçisi Ştefan Şennak olub.