Elçin Sadıqov Rasim Məmmədovun işindən uzaqlaşdırıldı
RƏSMİ

Vəkil Elçin Sadıqov hazırda həbsdə olan "Baku Stell Company" şirkətinin sabiq rəhbəri Rasim Məmmədovun vəkilliyindən uzaqlaşdırılıb.

 

Senzor.az bildirir ki, bu barədə Bakı Ağır Cinayətlər Məhkəməsinin bu gün keçirilən iclasında qərar qəbul olunub.

 

Bununla bağlı vəkil Elçin Sadıqov da “feysbuk” səhifəsində açıqlama yayıb və hakimin bu qərarını əsassız adlandırıb: “Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsi axır ki, həmin işdə açıq saxladığı vəsatəti bir daha qaldırmağımdan narahat olaraq ev dustaqlığı qərarında cinayət prosesi iştirakçıları ilə əlaqə saxlamamaq yazılmasını bəhanə edib məni R.Məmmədovun müdafiəsindən kənarlaşdırdı.

 

Kənarlaşdırılma qərarı qanunsuzdur və mənim vəkillik fəaliyyətimin qarşısını almaq üçün edilib”.

 

Qeyd edək ki, "Baku Steel Company" şirkətinin sabiq direktoru Rasim Məmmədov külli miqdarda yeyintidə ittiham olunaraq Dövlət Təhlükəsizliyi Xidməti (DTX) tərəfindən saxlanılıb. Məhkəmə zamanı onun vəkili Elçin Sadıqov da həbs edilib. Belə ki, vəkilin R.Məmmədovun ailəsindən jurnalist Əvəz Zeynallıya 20 min manat alınıb verilməsində iştirak etdiyi iddia olunub. E.Sadıqov 1 həftəlik həbsdən sonra ev dustaqlığına buraxılıb. Hazırda onun barəsindəki cinayət işi üzrə istintaq davam edir.






Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.