Britaniyada Mühafizəkarlar Partiyası Baş nazirin istefasını müzakirəyə çıxarır

Böyük Britaniyada Mühafizəkarlar Partiyasının bir qrup yüksək vəzifəli nümayəndəsi hazırkı Baş nazir Liz Trassın istefasını müzakirə etmək üçün toplantı təşkil edəcək.

 

“The Guardian”ın yazdığına görə, görüş bu gün, oktyabrın 17-də baş tutmalıdır.

 

Bəzi mühafizəkarlar hökumət başçısının dərhal istefasını tələb edəcəklər, digərləri isə vergilərin azaldılması proqramının uğursuzluğundan sonra Trassı açıq şəkildə vəzifəsindən getməyə çağırmağı planlaşdırır.

 

“O, hazırda gözləmə zalındadır və bunu özü də bilir. İndi o, prosesdə iştirak edib öz şərtləri ilə müəyyən qədər davam edəcək, yoxsa müqavimət göstərməyə çalışıb, məcburiyyət qarşısında qalacaq – bu, zaman məsələsidir”,- deyə adı açıqlanmayan eks-nazirlərdən biri nəşrə verdiyi şərhdə bildirib.

 

Qəzet onu da vurğulayıb ki, Trassın istefası ilə bağlı iclasa 15-20 eks-nazir və digər yüksək rütbəli deputatlar dəvət olunub. Tədbirin əsas təşəbbüskarları baş nazir postu uğrunda mübarizədə Trassın rəqibi olan Rişi Sunakın tərəfdarlarıdır.(“Report”)






Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.