AK Prezidenti: "Rusiyanın Ukraynaya raket zərbələri və dron hücumu terror aktıdır"

“Rusiyanın Ukraynanın elektrik stansiyalarına və infrasturkturuna raket zərbələri endirməsi, dronlarla hücumu hərbi cinayətlərə bərabər terror aktlarıdır”.


 BBC xəbər verir ki, bunu Avropa Komissiyasının Prezidenti Ursula fon der Lyayen bildirib.


“Dünən (oktyabrın 18-də-red.) biz yenidən Rusiyanın Ukraynanın mülki obyektlərinə nöqtəvi hücumlarının şahidi olduq. Belə hallar beynəlxalq qaydalarda çox aydın göstərilib. Bunlar müharibə cinayətləridir”, - o vurğulayıb.


Avropa Komissiyasının rəhbəri söyləyib ki, qışın gəlişi ilə kişiləri, qadınları, uşaqları sudan, elektrik enerjisindən və istilikdən mərhum etmək sırf terror aktıdır: “Bunu belə adlandırmaq lazımdır".


Qeyd edək ki, Ukrayna Prezidenti Volodimir Zelenski bildirib ki, Rusiya qoşunları oktyabrın 10-dan indiyədək ölkəsinin elektrik stansiyalarının 30 faizini məhv edib. Ona görə də ölkədə boyu elektrik enerjisinin verilişində böyük fasilələr yaranıb.






Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.