"ATƏT obyektiv deyil. Ermənistanı dəstəkləyir. Ona görə də 30 il problemin həllinə nail ola bilmədi".
Senzor.az xəbər verir ki, bunu Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu Mersində keçirdiyi mətbuat konfransında deyib.
O bildirib ki, Qarabağ propleminin həlli ATƏT-in Minsk qrupunun səylərinin nəticəsi deyildi: “Azərbaycan öz işini özü gördü. ATƏT sərhəddə müşahidəçi göndərərkən Azərbaycanın fikirlərini də öyrənməli idi. Amma bunu etmədi”.