“2022-ci ilin ilk günlərindən etibarən Qazaxıstanda başlayan etiraz aksiyalarının arxasında kimlərin olması, deyəsən, yavaş-yavaş gün üzünə çıxmağa başlayır. Təbii ki, burada ilk ağıla gələn yanvar ayının 5-dən 6-a keçən gecə Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayevin dəvəti ilə tələsik şəkildə ordusunu Qazaxıstana göndərən Rusiyadır”.
Bunu senzor.az-a açıqlamasında siyasi şərhçi Samir Hümbətov deyib. “Rusiya Prezidenti Vladimir Putin açıqlama verərək bildirib ki, Qazaxıstanda baş verənlər təcavüz aktdır. İndi burada maraqlıdır ki, təcavüz aktı deyərkən Rusiya kimi nəzərdə tutur? Öz ordusunu ya orada etiraza qalxmış insanları?”, - deyə ekspert sual edir.
S.Hümbətovun fikrincə, görünən odur ki, Qazaxıstandakı hazırkı status-kvo Rusiya üçün qənaətbəxş hesab edilir: “Çünki Rusiya KTMT adı altında öz qoşunlarını hələ uzun müddət Qazaxıstanda saxlamaq niyyətindədir və bu addım Rusiyanın maraqlarına xidmət edir. Hesab edirəm ki, Rusiyanın bu məmnunluğunu Vladimir Putinin verdiyi açıqlamadan da aydın şəkildə anlamaq mümkündür. Putin bildirib ki, "Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı qüvvələri lazım olduğu qədər Qazaxıstanda qalacaq. KTMT Qazaxıstanda beynəlxalq terrorçulara sədd qoyub. Qazaxıstandakı iğtişaşlar kortəbii bir hərəkət deyildi".
Putinin bu açıqlamasını ikibaşlı da hesab etmək olar. O zaman sual oluna bilər ki, Putin haradan bilir ki, oradakı terrorçular kortəbii təşkil edilib ya sistemli? Deməli, sözügedən şəxsin bu məsələdən az ya çox dərəcədə məlumatı var. Rusiya Prezidenti eyni zamanda çıxışı zamanı bildirib ki,“Biz Qazaxıstanda beynəlxalq terrorizmin təcavüzünü müşahidə edirik. Silahlılar “qaynar nöqtələr”də təlimlər keçiblər”. Putinin bu açıqlaması da diqqəti çəkir. Hadisələrlə bağlı belə əminliklə danışmaq üçün onların necə təşkil edilməsi və hansı prespektivə malik olması haqqında məlumata malik olmaq lazımdır.
Vladimir Putin Qazaxıstanda baş verənləri Ukraynada baş verənlərlə müqayisə edərək Maydan texnologiyasından istifadə olunduğuna da işarə vurub. O bildirib ki,“Ölkədə baş verənlər xaricdən müdaxilənin nəticəsidir”. Putinin bu açıqlamsı hadisələri birbaşa Qərbin, daha dəqiq desək, ABŞ-ın üzərinə yönəltməyə cəhd kimi də qiymətləndirilə bilər. Başqa sözlə, hesab etmək olar ki, Rusiyanın məqsədi baş verən proseslərin birbaşa Qərbin təsiri altında olduğunu qabartmaqdır.
Nəhayət, Rusiya Prezidentinin açıqlamasınan belə qənaətə gəlmək olar ki, KTMT-nin “sülhməramlıları” Qazaxıstandan heç də tezliklə çıxmaq niyyətində deyillər. Bununla bağlı Vladimir Putin bildirib ki, sülhməramlı kontingent Qazaxıstan ərazisindən vaxtı gələndə çıxarılacaq. Bu isə o anlama gələ bilər ki, Rusiya Qazaxıstanda qeyri-stabilliyin uzun müddət qalmasının tərəfdarıdır. Yəni belə davam edərsə, Rusiya qoşunlarının Qazaxıstanda daha uzun müddətə qalması üçün əlverişli şərait yaranmış olacaq. Görünən odur ki, Rusiya üçün Qazaxıstanda 2500 nəfərlik qoşun hissəsinin olması kifayət etmir”.