
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Tehrana səfəri ilə bağlı danışıqlar davam edir.
Senzor.az yerli KİV-ə istinadən bildirir ki, bunu İran Xarici İşlər Nazirliyinin sözçüsü İsmayıl Bəqai bu gün həftəlik brifinqdə deyib.
Onun sözlərinə görə, səfərin həyata keçirilməsi prinsipcə razılaşdırılıb və tərəflər hazırda uyğun tarixi müəyyən etmək üçün danışıqlar aparırlar: “Səfərin dəqiq vaxtı diplomatik kanallar vasitəsilə yaxın vaxtda dəqiqləşəcək”.
Xatırladaq ki, Türkiyə xarici işlər naziri Hakan Fidan bir gün əvvəl Tehrana səfər edib. O, iranlı həmkarı Abbas Əraqçi, ölkənin parlament sədri Məhəmməd Baqir Qalibaf və Prezidenti Məsud Pezeşkian ilə danışıqlar aparıb.