
Bu gün Azərbaycan dilinin qrammatikası o qədər mükəmməl forma almışdır ki, hətta türkiyəli dilçilər də bunu etiraf və təsdiq edirlər. Onlar Azərbaycan dilinin qrammatikasının inkişafını türk dilçiliyindən öndə görürlər (akademik İsa Həbibbəyli öz çıxışlarında bunu qeyd etmişdir).

Görəsən, bu həqiqətənmi belədir? Bəzi dilçi alimlər demişkən, onlar bəlkə də daşlaşıblar. Necə olur ki, “daş” sözünün mənası bilinir, ancaq “daşlaşmış” sözlərin mənası yox? Əslində yuxarıda qeyd olunduğu kimi, Azərbaycan dilinin qrammatikası çox səhihdir. Demək olar ki, sözlərin etimologiyasından başqa dilin bütün sahələri dəyərincə öyrənilib (məncə). Nöqtə inkişafı dayandırır. Nida isə inkişafa gedən yoldur (necə ki oldu). Nida hərəkətgətirici mühərrikdir. Bir çox alimlər öz sahəsinə uyğun işlərini başa vurub. Əgər dilin bütün sahələri öyrənilibsə, onda gənc alimlər nə etməlidirlər? Mənə elə gəlir ki, sələflər onlara yol açmalıdır.
Dilçiliklə məşğul olan bütün sahələr “teolinqvistika” barədə fikirlər irəli sürməlidir. Bu qaçılmazdır. Ən qədim insanın təfəkkürü, psixologiyası, məntiqi, ideyası və s. öyrənilməsə, bu sahədə inkişaf getməz. Elə bu yeni sahənin adı hazır bir cığırdır. İnsanlarda Tanrı təsəvvürü sözlə yaşdaşdır. Buna bugünkü baxışla baxmaq mümkün deyildir. Əgər görkəmli alimimiz, elmlər doktoru, professor Qəzənfər Kazımovun “Azərbaycan dilinin tarixi” əsərinə baxsaq, alim ən qədim insanın nitqinin inkişaf mərhələlərinin hansı keşməkeşli yollardan keçdiyini çox gözəl təsvir etmişdir. Görəsən, alimin tapdığı “Ulu dil”in yaşı nə qədərdir? Mən inanıram ki, alim bu əsəri yazarkən, bəlkə də özünü o dövrün adamlarının içindəki kimi hiss edib. Bir daha inanıram ki, o bunu hiss etməsəydi, bu əsəri yarada bilməzdi...

Onu da bildirim ki, keçmə sözlərin bir çox hissəsi ərəb və fars mənşəlidir. Yuxarıda qeyd olunan bilinməyən “köməkçi sözlər”in mənalarını açıqlayıram. ”Dana”sözü “tan – gün” sözündəndir (t-d). Məsələn: dan yeri, dan ulduzu, o başdan, təndir və s. Günəş və od tanrısının adından; ”yəni”-“gün tanrısının” adından; “məgər” (bir növ ərəbləşib, fərq etməz Ulu dilə aiddir) ”qor tanrısınin” adından (q-g); “ki-ka məfhumu (Q.K.) ən ilk Ulu tanrının adı; ”aman”, “haray” da ulu tanrıların adları-“Amon” və “Hor”... Birini də deyim qoy: cəbrayıllıların türklər kimi işlətdikləri “Ya” sözü.”Ya” da “Allah” mənasındadır. “Ya? Buna sən qəşəng deyirsən?” – “Sən allah, buna sən qəşəng deyirsən”? Alimin “ka” məfhumunda “k” samiti qohum “y” samiti ilə əvəzlənib.
Mənim dediklərim başlanğıcdır. Davamını da Sizlər deyin.
P.S.Bəzi alimlər mənə irad tuturlar ki, terminologiyadan az istfadə edirəm. Özləinin kitablarını “filtir” etsən, kitabın 20 %-i terminlərdir. Nə terminin qarşısında mötərizədə, nə də kitabın arxasında əlifba sırası ilə terminlərin izahını vermirlər. Əgər əsər Azərbaycan dili haqqında Azərbaycan dilində yazılıbsa, mütləq bu üsula riayət olunmalıdır. Kitabı tək dilçi yox, başqa profilli şəxslər də başa düşmək istəyirlər. O ki qaldı mənə, elə mənim özüm xarici dil mütəxəssisiyəm və əksər terminlər də həmin dillərdədir...
Həsən ƏLİYEV
[email protected]